Uşaqlıq
Uşaqlıqda elə hamı şair olur,Hər nə görsə şerə dönür ürəyində.Bir qırılan budaq üçün gözü dolur,Ağrısını duyur əsən küləyin də.
Göz dikərək qaranlığa heyrət ilə,Deyir: günü kimlər belə tora salır?O söz qoşur al günəşə həsrət ilə.Uşaqlıqda elə hamı şair olur.
Uşaqlıqda elə hamı rəssam olur,Fırçasında qövsi-qüzeh boyaları.Bir kəpənək qanadından ilham alır,O, şiş çəkir yastı-yastı qayaları.
Böyükləri güldürsə də təsəvvürü,Narınc rəngi vurur yaşıl yarpaqlara.Boz səmanı, göy Xəzəri, mavi KürüGah qırmızı rəngdə çəkir, gah da qara.
Uşaqlıqda elə hamı bəstəkardırNəğmə edir küləklərin əsməsini.Nəğməsində bir ləkəsiz həyat vardır,Özü qoşur sözlərini, bəstəsini.
Cırcırama oxuyanda təkrarlayır,Quşlar onun dodağında ötür bəzən.O, dünyanı nəhayətsiz səhnə sayır,Nəğməsini deyir qəmli, deyir şən-şən.
Uşaqlığın öz təbi var, öz ilhamı,Fırça tutur, şeir qoşur, nəğmə deyir.Uşaqlıqda...Uşaqlıqda elə hamı,Ya Vurğundur, ya Mikayıl, ya Üzeyir.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-usaqliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şairəm, şüarayam,Bir lamü-ləngəm, geri dur!
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,