Bilmirəm işin nə, sənətin nədir,Bilmirəm peşəni, bilmirəm; ancaqDostum, əməlilə üzüağ olmaqBilirəm, insanın öz əlindədir.

Bilirəm dağ üstə qaldırsan da dağ,Səni sevən də var, sevməyən də var.Lakin sən işinlə yüksəklərə qalx,Həqiqət önündə bədxah utanar.

Sən elə yüksəl ki, söyləsin hamı:“O valeh edərdi hər bir adamı,Onda yüksəlməyə qüdrət var idi!”Səni sevən də var, sevməyən də var,Səndən söz düşəndə qoy desin onlar:“Amma zalım oğlu sənətkar idi”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri