Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldumEşq atəşi qaldı mənə yadigarPərvanə tək şəmə yanan mən oldum

Hanı mənim şirin dilli həmdəmimGündən günə artar möhnət və qəmimNuh təki gərdaba qərq oldu gəmimXızr tək dəryaya dalan mən oldum

Çərxi-fələk, mənə az eylə zülmBülbül tək gülümdən üzüldü əlimAlıb sən dildarım, bükübsən belimOn bir ayda bir yol gülən mən oldum

Gecə gündüz zikr eylərəm SübhanıLeyli-Məcnun, Şirin-Fərhad, bəs hanıMisir içində itirmişəm ZəlxanıYusuf tək quyuda qalan mən oldum

Mina, necə çıxsın qəm otağındanBülbül tək ayrılıb gül budağındanQələm qaşlarından, al yanağındanTərsa sevdim, Şeyx Sənan mən oldum

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq