Tarizən, çaldıqca qurtarmır yenə
Tarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!De, necə sığışır kiçik köksünəSevincli, kədərli mahnılar sənin!
Çalırsan bir anda gözlərim dolur,Oyanır başımda neçə xatirə.Hər xalın canlanıb bir lövhə olur,Barmağın dəydikcə zil pərdələrə.
Çalırsan, elə bil nəql eləyirsənBir ömrün kədərli tarixçəsini.Hardan, söylə, kimdən öyrənmisən sənBu qəmli ürəyin titrək səsini?
O sinən sirrlərin xəzinəsimi?Hər dəstgah bir ömrün yoludur, nədir?Nəğmən tükənməyir dəryalar kimiTarizən, ürəyin doludur, nədir?
Yenə bir hekayət çal bu gün mənə,Neçə çalınmamış mahnın var sənin.De, necə sığışır kiçik sinənəSevincli, kədərli mahnılar sənin?
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-tarizen-caldiqca-qurtarmir-yene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qəzet parçasına bükülübdür naharım,Çörək, arasında yağ...
Bülbül səsiSəhər açılırdı...Bir bülbül səsi
Bizim yerlərGəl Kür sahilində oturaq qoşa,Bulanıq sulara edək tamaşa.
Keçdiyin yerlərdən keçib Kür çayıKeçdiyin yerlərdən keçib Kür çayı,Öpəydim öpdüyün sahilləri mən.
Başqa şairlərin şeirləri
Əvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
ایصبا نکهت آنزلف پریشان بمن آرببر از مجمع عشاق پریشانی را
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.