Yer qazılır
Yer qazılır,Bir binanın bünövrə yeri...Alt qatları varaqlayır insan əlləri.Daşlar çıxırÜzərində xətt, naxış, yazı.Qəbzəsində barmaq yeri qılınc parçası...Pas atmış ox.Bürünc başlıq,Əyilmiş cidaDövran sürmüş babaları gətirir yada.Anam Bakı,Qəhrəmanlıq torpağı oldun,Yaranışdan düşməninə göz dağı oldun,Yer qazılır...Bir tarixdir onun hər qatı,İnsan kimi dilə gəlir torpağın altı.İgid baba,Hünərini dedikcə bizəNeçə-neçə sual gəlir ürəyimizə:Bu qılınclar, bu nizələr,
Oxlar kimindir?Üzərinə qoşun-qoşun axıb yeriyən,Torpağında silahıyla birgə çürüyənMin fatehin, qəsbkarın – düşməninindir.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yer-qazilir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Təməddün əhli olmuş elm ilə alim, ziyalanmış.Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış,
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Mirzə CəliləGöz açdın həyata vətənin nalə səsindənBəxş etdi bizə oğlunu mərd Azərbaycan.
Araz diliEyham toru tullayanda Araza*Hörmət səddi tapdanmasın arada.*