Yaxşı ki...
1
Yaxşı ki, dünyada qayğılarla birÜrəyi oxşayan lövhələr də var.İliyi donduran ruzigarla birSinəsi lalədən yanan yer də var.
Yaxşı ki, hər xırda buz duyğularlaDolmur ömrümüzün qalın kitabı.Bizi qovuşdurur daim baharlaMikayıl fırçası, Qara rübabı!
Yaxşı ki, riyanın soyuq nəfəsiBizi əsir etmir hər vaxt, hər zaman.Açır könlümüzü Bülbülün səsi,Habilin çaldığı titrək bir kaman!
Yaxşı ki...Yaxşı ki, xırda hissləriVaxtında qovuruq ürəyimizdən.Yaxşı ki, çirkabı, gərəksizləriDalğalar sahilə atır dənizdən!
2
Yaxşı ki, kədəri sevincim qədərAçıq bir ürəklə qarşıladım mən.Yaxşı ki, güləndə qızıl bir səhər,Qorxmadım axşamın düşəcəyindən.
Yaxşı ki, yasəmən çiçəkləyəndəBilirdim sonunda sarı xəzan var.Anam beşiyimə layla deyəndəBilirdim ağı da deyir analar.
Yaxşı ki, ümidim toxumtək yerdəBilirdim dönüklük olur cahanda.Bilirdim bəzən də bəd xəbər gəlirUğurlu bir xəbər arzulayanda.
Yaxşı ki, ümidim toxumtək yerdəÜmidsiz anda da cücərdi, güldü.Bəlkə buna görə keşməkeşlərdəSevincim doğuldu, kədərim öldü.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yaxsi-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilirəm səhvimi, günahlarımı,Demirəm onları bağışla mənə.
Sən mənə lazımsan sutək, havatəkSən mənə lazımsan sutək, havatək,Sən mənə lazımsan öz canım qədər,
Torpaq quruyurdu, yağdı yağışlarTorpaq quruyurdu, yağdı yağışlar,Güllər üşüyürdü, günəş göründü.
Məhəbbət yolunda yorulmur ürəkMəhəbbət yolunda yorulmur ürək,Göyün intəhasız dərinliyinə
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.
Bir mələkə“Molla Nəsrəddin” məcmuəsinə*Mahtablı gecə... Kənari-dərya,
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Narahat dünyaNarahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.