Sən mənə lazımsan sutək, havatək
Sən mənə lazımsan sutək, havatək,Sən mənə lazımsan öz canım qədər,Səni arzulayır sinəmdə ürək,Bu böyük həsrəti duymursan məgər?
Qəmli günlərimdə lazımsan mənə,Qovasan qəlbimin kədərini sən.Xoşbəxt günlərimdə lazımsan yenə,Böyük sevincimi yarı böləsən.
Kef üçün, zövq üçün, nəşəyçün deyil,Xəstəyə dərmantək mənə gərəksən.Həyatın yolları tufanlıdır, bil,Ona gərmək üçün sinə, gərəksən.
Sən ümid, təsəlli, sən şirin arzu,Sən ömür yelkəni dumanda, çəndə!Bir az yaxşı düşün, gülüm, doğrusu,Sənə bunlar üçün lazımam mən də.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-sen-mene-lazimsan-sutek-havatek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elə bildim bahar gəldi,Sellər coşdu, sular gəldi,
İnciyib, söylə neçün getdin sən?İnciyib, söylə neçün getdin sən?Gəl ki, qəlbim sıxılır təklikdən,
Əzizim, vaxtında atılmayan oxƏzizim, vaxtında atılmayan oxSürətlə uçsa da, hədəfə dəyməz,
Yadıma sən düşürsənHər çiçəyin öz ətri,hər gülün öz rəngi var,