İnciyib, söylə neçün getdin sən?Gəl ki, qəlbim sıxılır təklikdən,Bircə gəl, sonra otur danla məni,Meşəsən qarşıla tufanla məni,İstəsən sən külək ol, döy üzümə,İstəsən zülməti çökdür gözümə,İstəsən od kimi yandır məni sən,İstəsən candan usandır məni sən –Bunların heç biri qorxutmur, inan,Gəl ki, qurtar məni tənhalıqdan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri