Əzizim, vaxtında atılmayan oxSürətlə uçsa da, hədəfə dəyməz,Sən mənə günahkar söyləmə, yox, yox,Gileyin, töhmətin əbəsdir, əbəs.

Bir yola düzəlib getdik hərəmiz,Qaçırdıq fürsəti əldən quş kimi.Bəlkə də unudaq keçənləri biz,Beləcə yaşamaq yaxşı deyilmi?

Sən bir ağac tapıb sığındın ona,Nə vaxtdır dərmisən meyvəsini də.Mənim də gəncliyim yetişdi sona,Söylədi sonuncu nəğməsini də.

İndi sən gəl məni danlama, yox, yox,Gileyin, töhmətin əbəsdir, əbəs,Köhnə dost, vaxtında atılmayan ox,Sürətlə uçsa da, hədəfə dəyməz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri