Dözmür dalğalara ömür gəmisi,Sonuncu sahilə çatıram demək.Bir ömür yaşadım mən də cəmisiDünyanı tərk edən əcdadımıztək.

Bəlkə də torpağa qarışmadım mən.Qaldım bulaqların qaynar səsiylə.Axı ömrüm boyu barışmadım mənKeşiş Berkleyin fəlsəfəsiylə.

O dedi: “Mən varam – vardır cahan da.Mənim ölümümlə bitəcək həyat”Yox, yox, mən öləndə, mən olmayandaDuracaq yenə də Göygöl, Batabat.

Axıb kükrəyəcək Araz da, Kür də,Yenə vaz atacaq Muğanda ceyran.Üzeyrin nəğməsi doğulan yerdəTəbiət özünə olacaq heyran.

Qarlı Savalandan Talış bicarıYenə görünəcək yaşıl xalıtək.Analar doğacaq mərd oğullarıHər biri Cavanşir, hər biri Babək.

Yıxacaq onların idrakı, ağlıMən müşkül sandığım yüz maneəni.Onlar seyr edəcək bağçalı-bağlıVahid məmləkəti, vahid Vətəni,

Ellər xatırlayar məni o zaman,Deyər: “Bir Kürçaylı oğlum da vardı.Üzünə döysə də külək, qar, boran.Mənim taleyimə nəğmə yazardı”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən