Yadıma sən düşürsən
Hər çiçəyin öz ətri,hər gülün öz rəngi var,Hər qəlbin öz istəyir,öz sözü, ahəngi var.
Hər insan öz ömrünədost seçir, həmdəm seçir.Mənimsə ürəyimdənqəmli bir nisgil keçir,Yadıma sən düşürsən.
Göydə bulud dolaşır,axşam düşür, yel əsir,Heç bilmirəm nədəndirkönlüm belə tələsir.Yollarına baxıram,nə gələn var, nə gedən.Qəlbimdəki intizarnədir, düşünürəm mən.Yadıma sən düşürsən.
Təklik üz verir mənə,çıxıram otağımdan,Sevgililər küçədə
deyib-gülür mehriban...Onları belə xoşbəxt,belə məsud görəndəDuyğular dalğa kimiçırpınır bu sinəmdə,Yadıma sən düşürsən.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yadima-sen-dusursen
← → düymələri ilə keçid, R — təsadüfi şeir