Etiraf
Bilirəm səhvimi, günahlarımı,Demirəm onları bağışla mənə.Günahsız deyildir həyatda hamı,Baxma töhmət dolu baxışla mənə.
Bəzən sürüşübdür ayaqlarım daMən əyri yolu da doğru sanmışam.Yalan da dolaşıb dodaqlarımda,Özüm də yalana çox inanmışam.
Bəzən gülə-gülə ağlamışam mən,Aydın görünməmiş əsil sifətim,Ağlaya-ağlaya gülmüşəm bəzən,Özümə sirr olub öz təbiətim.
Bunlar əzab verir onsuz da mənə,İti neştər olub batır gözümə,Bilirəm səhvimi... təzədən yenə,Sən allah, onları vurma üzümə.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-etiraf
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ay üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.
Sağlam ikən müalicəDeyirlər xəyala uyan bir adam,Xam ikən püxtəyəm deyərdi müdam.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül