Səmadan ağır-ağırDənizə yağış yağır.Damcılar iri, şəffaf,Büllur kimi təmiz, saf.Sanırsan yağış deyil,Göydən ulduz tökülür.Karvanqıran elə bilKəhkəşanda sökülür,Göydən ulduz tökülür.

Səmadan ağır-ağırDənizə yağış yağır.Dəniz böyük, hüdudsuz,Tökülən yağış-ulduz

Dənizin qucağındaQərq olaraq bir andaÇatır əbədiyyətə,Qovuşur məhəbbətəDənizin qucağında.

Yağışlar şəffaf, iri...Bir insndır hər biri.Eynşteyn, Pyer Küri,Azadlığın Sabiri,Puşkin, Vurğun, Qaliley,Füzuli, Heminquey –Bəşər kəhkəşanındanYağan ulduz-yağıştəkBircə-bircə düşərək,Məhəbbət dənizindəQərq olur zaman-zaman.

Səmadan ağır-ağırDənizə yağış yağır.Damcılar iri, şəffafBüllur kimi təmiz, saf...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar