Mustafa müəllim
– Qara çeşməksiz də baxar günəşəKölgəli deyilsə insanın gözü.Mustafa müəllim dərsdə həmişəBelə başlayardı birinci sözü.
Filosof olardı o, yerli-yersiz,Qaşını çatardı Didrosayağı.Deyərdi bir küllün zərrəsiyik ki,O küll anamızdır — Vətən torpağı.
Deyərdi xalqlardan, qəhrəmanlardan,Üsyandan, döyüşdən, sürgündən bizə.Tarixə dönsə də o, zaman-zamanMisallar çəkərdi bu gündən bizə.
Deyərdi pis övlad çürük diş kimiDaha da artırır ağrını, dərdi.Yeni bir fəlsəfə kəşf etmiş kimiDərsin axırında belə deyərdi:
– Gələn hər əzabı, hər əziyyəti,Qəmi, mütiliyi, məhrumiyyətiƏlləri qoynunda kim qarşılasa,Baxsa şükranlıqla bayrama, yasaYüz milyon olsa da sayı,yaxşı bil,O canlı sürüdür!Sürü xalq deyil!
Fəqət Nəbi kimi, Janna d’Ark kimi,Matrosovsayağı uca dağ kimi,Əliyalın qılınc, sinəsi sipər,Zülmün qarşısına çıxsa bir nəfər,Hökmüylə uçulsa zülmün təməli,Bir nəfər bütöv bir xalqdır, deməli.
Mustafa müəllim, min rəhmət sənə,Görüm nurla dolsun sənin məzarın.Bu gün qulağımda səslənir yenəBir zaman dediyin bu kəlamların.
Bu gündən otuz il dönürəm geri,Durursan qarşımda yenə sən mənim.Ömrün acı, şirin xatirələriKeçir gözlərimin önündən mənim.
Sanki köhnə valı kimsə yenidənYüzüncü dəfədir qurub oxudur.Sanki əks-səda dinləyirəm mən,Səni görməyim də sanki yuxudur.
Bircə xatirəni yaşatsa insanBütün ömrü boyu bəlkə bəsidir.Ürəyi kövrəldən, gözü yaşardanO uzaq illərin xatirəsidir.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-mustafa-muellim
← → düymələri ilə keçid, R — təsadüfi şeir