Qadağan zərbələr
Küçənin ortasında,Meydan açıb üç nəfər,İkisi təkləyibdirBir çeşməkli oğlanı.Lakin o çeşməklininEndirdiyi zərbələrHərdən torpağın üstəSərir iki cavanı.
Çeşməkli yaman vurur,Tablamır rəqibləri.Görünür, o haqlıdır,Haqlılar güclü olur!Haqlıdırsa, görürsən,Bir ordunun hünəriSəhər nəsimi kimiAxıb bir qəlbə dolur.
Yaman vurur çeşməkli!Biri onu təkləyir,Çeşməyini gözündənVurub salır da qəsdən.İksinə can verməyən
Uşaqtək iməkləyir,Şüşələnmiş gözünüGəzir asfaltın üstə.
Çeşməyi təpiyininAltına salıb biri,Bir cüt nurlu ulduzuSanırsan ayaqlayır.Elə bil tapdalanırSəhərin şəfəqləri.Günəş, qəmər elə bilAyaqlanır, ağlayır.
Çeşməyini itirmişGözlər gəzir hədəfi,Əl-ayaqla zərbələrEndirir o havayaNeyləsin?Heç nə görmür,Əl atanda hər dəfəO cavanın zərbəsiİtib gedir havayı.
İki yandan düşürlərÜstünə o cavanın,Hara gəldi vururlar,Gözü görmür,O, təkdir.Bu qadağan zərbədir,Belə olmaz!Dayanın!Bir də belə vursanızDözə bilməyəcəkdir!
Fəqət aman diləmir,Yaxşı baxın gözünə.Qadağan zərbələrdən
Əl saxlayın siz gəlin!Gətirin çeşməyiniTaxın onun gözünə.Görə bilsin hədəfi, –Sonra beşiniz gəlin!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qadagan-zerbeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!
Yaman oxşayırsan, deyirlər, mənəYaman oxşayırsan, deyirlər, mənə,Qaşların, gözlərin guya mənimdir.
Adsız şeirlərimAd qoymuram sizə mənTəzə olmuş uşaqtək.
Ay dost!Bir zamanlar vardı ki,Mərd idin, insan idin.