Ad qoymuram sizə mənTəzə olmuş uşaqtək.Düzdür, körpəliyindənUşaq ad alsın gərək.

Ad veririk biz bəzənƏzvaylara – Mehriban,Qorxaqlara – Qəhrəman,İdbar insana – Mələk,Çirkin insana – Çiçək,Cəllad insana – Adil,Nadan insana – Aqil...Bəzən də çirkin addaRast gəlirik ilahi,Gözəl-göyçək qadına.

Belə olur həyatda –Çox zaman bənzəməyirİnsanlar öz adına.

Ey adsız şerlərim,Ad qoymuram sizə mən.Qəlbimin parçasıtəkQopdunuz ürəyimdən.Bircə onu bilirəmYaranıbsız, varsınız.Yaşamağa haqqınızOlsa,Ad alarsınız!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri