Kim kimin adıyla şöhrətlənəcək,Çox zaman bilmirik biz bu hikməti.Torpaqmı çiçəyə verir bərbəzək,Yoxsa ki, çiçəkdir yerin zinəti?

Vətəni ucaldan qəhrəmanmıdır,Yoxsa qəhrəmanı ucaldan Vətən?Ürəyi yaşadan qızıl qanmıdır,Yoxsa Vətən eşqi?

Bu sualla mənEvimdə balaca iş otağımaBu gün rəis kimi qəzəblə girdim.Baxanda düyümlü qaş qabağımaÖz şəklim divarda zağ-zağ əsirdi.

Şəklimə: – Düş, dedim, divardan yerə.Yaxın gəl, səninlə çəkim haqq-hesab.Baxmışam yazdığın o şeirlərə,Düzmüsən dolaba sən kitab-kitab.

Bunlar sənin olsun!YazdıqlarınaƏməl etmisənmi, söylə, həyatda?Yoxsa bağa kimi girmisən qınaAğır dəqiqədə, ağır saatda?

Güllərdən el üçün şirə çəkmisən,Yoxsa ki, dönmüsən qara çibinə?Kürsüdən sinənə döyə-döyə sənYoxsa əl salmısan xalqın cibinə?

Bir əyinə paltar, ağıza çörək,Bir dodağa gülüş olmusanmı heç?Qışda alovlanıb dolu tonqaltəkSoyuq bir otağa dolmusanmı heç?

Yayda gün başları dağlayan zamanSərin bir çətirə dönmüsənmi sən?Bir Vətən övladı ağlayan zaman,Söylə, tutmusanmı onun əlindən?

Elə ki, boşaldı elin anbarıQara geymisənmi yaslılar kimi?Görəndə vicdansız hökmü, qərarıRəngin ağarıbmı bəyaz qar kimi?

Udmusan sözünü yoxsa bir andaBıçaq işləyəndə qana, iliyə?Əqidə yolunda, inam yolundaQərar vermisənmi Nəsimiliyə?

Belə şöhrətlənib sənin əcdadın,Vətən tarixini belə yazıbdır,Sevinclə, kədərlə dolu həyatınYolunda nə sapıb, nə də azıbdır.

Şəklim gözlərini döyüb baxırdı,Söyləyə bilmirdi öz qərarını,Əl atıb mən onu qəzəblə cırdım,Tökdüm döşəməyə qırıqlarını.

Yel atdı bir yana hər parçasını,Bəyəndim hökmümü, qətiyyətimi.İnsan özü versin öz cəzasını,İnsan özü versin öz qiymətini!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən