Səfərə çıxanın dalınca bəzənDaş da tullayırlar, su da atırlar.Bu daşlar, bu sular neçindir görən?Yəqin hərəsinin öz mənası var.

Suyu atırlar ki, getdiyin yerdənUğurla qayıdıb evə çatasan.Daşı atırlar ki, sən bu səfərdənBir də dönməyəsən,itib-batasan.

Mənim də dalımca bu vaxta qədərNeçə daş atılıb...Yığsan dağ olar.Mənim də dalımca su atıb əllər,Xəzəri daşdırar həmin o sular.

Daşlar “tilsimini” qırmışam fəqət,Salamat dönmüşəm səfərdən yenə.Çox zaman özüm də etmişəm heyrətNeçün toxunmayıb bir zaval mənə?!

Neçün dəf etmişəm azar-bezarı?Görünür, o sular dadıma çatıb.Daşı yadlar atıb...Axı, sularıAnamın əlləri, gözləri atıb!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri