Qartal əfsanəsi
“Kəmfürsət zərbələr, qartal, yamandı,Qaya uçurandı, palıd yıxandı.Sən isə... Bir qartal gücü var səndə,Neynərsən belə bir zərbə dəyəndə?”
“Dost, qoca dünyada zirvə sözü var,Ora nə ox çatar, nə güllə çatar.Zirvələr önündə gücsüzdür düşmən,Zirvə bir qaladır, zirvədəyəm mən”.
“Qartal, köksünə bax, al qanın axdı,Bəs səni zirvələr qoruyacaqdı?”
“Dost, oxu atanda kələyə bax,Oxun ucundakı lələyə bir bax,Qartal lələyidir – mənimdir, mənim.Deməli, sirrimi bilib düşmənim.O lələk çatdırıb zirvəyə oxu,Qoy bu yayınmasın sənin gözündən.Mənə ox atmışdı dünyada çoxu,Zərbənin ağırı dəydi özümdən...”
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qartal-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir