Mən o adamları yada salıram,Lap bugünkü kimi anıram yenə.Anıram,Doğrusu, heyran qalıramİnsanın insanlıq ləyaqətinə.

Faşizm əsirdi qara yel kimi,Başından aşmışdı ellərin dərdi.Qatillər rəhmsiz soyuq əl kimiƏrzi bir heçliyə ata bilərdi.

Hamı gözlə görüb, əllə tuturduƏzabı, aclığı, dərdi, çətini.Lakin qəhərini hamı udurdu,Hamı gözləyirdi ləyaqətini.

Aclar dayanırdı məğrur, tox kimi,Dərdlilər dərdsiztək gülümsəyirdi.

Gəlinlər sinədə bir dağ yox kimiKönülsüz-könülsüz əlvan geyirdi.

Atalar gizlində silib gözünü,Aşkarda zarafat edirdi bəzən.Məni sarsıdırdı insan dözümü,Ərşə çəkilmişdi xudbin, xudpəsənd.

Nə bir ayaq çəkən, nə rüşvət alan,Hamı tikəsini bölürdü yarı.Nə rəyasət eşqi, nə riya, yalanƏsir etməyirdi o insanları.

Adamlar bir yeyib, bir udurdularBütün əzabları, ağrı-acını.Adamlar qəribə unudurdularHəyatın hər cürə ehtiyacını.

Birisi götürüb haram bir tikəÖzünə – “haqlıyam bunda” – demirdi.Kimsə öz adına vurmurdu ləkə,Acından ölsə də haram yemirdi.

Faşistlər dursa da astanamızda,Görsək də həyatın çox zillətini,Qoca da, qarı da, oğlan da, qız daDaim qoruyurdu ləyaqətini.

... Mən o adamları yada salıram,Lap bugünkü kimi anıram yenə.Anıram,Doğrusu, heyran qalıramİnsanın insanlıq ləyaqətinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri