Gündüzlər birtəhər ovunur yenə,Bilirsən nə çəkir xəstə gecələr?!Elə bil göylərdən ağ yağış kimiDərd yağır dərdinin üstə gecələr.

Görüş arzulayır, arzu – bal dadır,Hər addım səsi də onu aldadır.Onunçün həmişə gözü yoldadır,Həmişə qulağı səsdə gecələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri