Bir qağayı uçub getdi
Bir qağayı uçub getdiQanadları ağ,Bir qız cumdu göy sulara,Əl-qol ataraq.Ağ qağayı yelkən açıbSüzür havada,Qız gah batır, gah da çıxırMavi dəryada,Dalğalar sərt, sular dərin,Sahil aralı,Qəvvas qızın, qağayınınNədir xəyalı?Dalğalarla çarpışmanınNə mənası var?Bəlkə sular səhrasındaYarışır onlar?Artıq onlar gözdən itibYox oldu birdən,Hansı qalib gələcəkdir?Deyəmmərəm mən.
Livadiya, 1958
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-bir-qagayi-ucub-getdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir