Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.Qəlbimdən bircə an qopara bilməzNə boran, nə tufan, nə hicran səni.

Deyirəm hüsnünü gülşəndə görüm,Könlümə həsrətin düşəndə görüm.Ömürlük anamız Vətəndə görümGörməyim pərişan, bağrı qan səni.

Yazmışam adını günə, aya mən;Düşmüşəm eşq adlı bir sevdaya mən.Səninçün gəlmişəm bu dünyaya mən,Mənimçün yaradıb yaradan səni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq