Qoy sevməsin
Küsdü yar məndən, nəhayət, sevməyir qoy sevməsin,Eyləməz könlüm şikayət, sevməyir qoy sevməsin.Sanmasın canan onunçün gözlərim qan-yaş tökər,Tapmaram onsuz səadət, sevməyir, qoy sevməsin.Bir böyük aşiqdən öyrəndim, həyatda çox zamanVəslə yaddır ilk məhəbbət, sevməyir qoy sevməsin.Çatdırın, dostlar, vəfasız dilbərə son arzumu,Çəkməsin eldən xəcalət, sevməyir qoy sevməsin.Şerə verdim könlümü, şair Süleyman Rüstəməm,Bilmərəm bir özgə şöhrət, sevməyir qoy sevməsin!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qoy-sevmesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaman qarışdırmışdı şöhrət mənim başımı,Yaxınıma qoymurdum dostumu, yoldaşımı.
ÖlsəYadigar qoymalıdır xalqa hər insan, ölsə,Etməsinlər deyə bir an onu nisyan, ölsə.
BağışlaŞair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.
OlsunBir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”