Şair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.

Canan məni tərk etdi, düşündüm gecə-gündüz,Könlüm dedi ki, qəm yemə, cananı bağışla!

Mən vəslinə həsrət çəkirəm xeyli zamandır,Canan, yenə də sən mənə hicranı bağışla!

Qəlbimlə verib baş-başa, gəldim bu qərarə:Öz xalqına, şair, bu şirin canı bağışla...

Könlüm gülə bilməz bilir aləm ki, vətənsiz,İstər ona sən varlığı, dünyanı bağışla!

Ey nazlı vətən, mən sənə öz könlümü verdim,Qarşında günahkarsa, Süleymanı bağışla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq