Hicran daşı vurdun kürəyimdən,Atdın məni, atdın məni, atdın.Mən şəklini asdım ürəyimdən.

Fikrimdə, xəyalımdasan hər an,Sənsiz də sənin ətrini duydumBağçamda gülümdən, çiçəyimdən.

Çıxdım yola vəslin həvəsiylə,Hər yoldan ötəndən səni sordum,Əl çəkmədi hicran ətəyimdən.

Atdın məni, atdın, məni atdın,Mən şəklini asdım ürəyimdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran