Ey zavallı bəşər
Əlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Bəşər, ciddən siyəhiqbalsən ruzi-əzəldən sən,Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.
Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi,Məzaristanə döndərdin neçin bu şənli dünyanı?
Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın,Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı.
Sənə çox-çox yazıqlar olsun, ey xunxar olan insan,İşıqlı günlərə həsrət, səfilü xar olan insan.
Neçün guş etməyirsən, ey bəşər, fərmani-vicdanı,Nasıl ləzzətlənirsən, söylə, qan tökməkdən, ey fani?
Bu xislətlə, əmin ol, dilbəri-amalı görməzsən.Keçər ömrün qaranlıq, pərtövi-iqbalı görməzsən.
Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi?İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi?
Kitabxana.az · https://kitabxana.az/works/hadi-ey-zavalli-beser
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nazəndə nəvazişlərin eylər dili lərzan.Möhriq baxışın etmədədir ruhumu suzan.
Şair, hücreyi-iştiğalı və düşüncələriKiçikcə bir oda içrə zavallı bir məxluq –Yaşar... və çox gecələr olduğu otağı soyuq.
Bir iştikayi-möhriq... Çeşmi-ədəb bu gün ədəbiyyata ağlayırTofiq Fikrət bəyə*Şe'rin üfüqlərində bu gün bir sədayi-lal,
Sabirin yadigarına ithamŞairi-zindəruh*Bir taqım cahilanü naəhlan –
Başqa şairlərin şeirləri · Hicran
Damlalar, damlalarsəs salır hər yana,
ŞərqiÖt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıqYanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.