Səməd Mənsur qardaşıma

Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,Könül şad olmayır bu səhni-nəşadı gören gündən.

Ürək atəşli, göz pürab, yə'ni giryəpərvərdir,Pərişanəm bu xakistani-bərbadı gören gündən.

Bəşər gözyaşlıdır matəmgəhi-dünyaya gəldikdən,Bunu tədqiq qıldım hali-növzadı gören gündən.

Nolaydi payı-bəndi-cəhl olaydım, qanmayaydım, ah!Əsiri-dəsti-hüznəm fikri-azadı gören gündən.

Həyatım təlxdir, ey dilbəri-Şirini-hürriyyət,Qəmim dağlar qədərdir eşqi-Fərhadı gören gündən.

Zəlalət zülmətindən rahiyab olmuşmu insanlar?Xeyr, bil'əks yatmış rəhbərü hadi gören gündən.

Əvət, tövhidə qail olmadı əqvami-bədbəxti,Buna tarixlər şahid bu ahadı gören gündən.

Həmişə qanlı keçmişdir güruhi-ictimaiyyə,Bəşər tarixi xunindir bu əfradı gören gündən.

Xəyalat olduğun hiss eyləmişdim ədl ilə dadın,Bu meydani-fəganda ah ilə dadı gören gündən.

Bu zülmi-latənahidən xilas olmazmı millətlər?Qolaydır zənn qılmam elmi-ə'dadı gören gündən.

Xilas olmaq çətindir bəhri-cuşani-məsaibdən,İnandım mən buna əshabi-imdadı gören gündən.

İnandım xərsüvar olmuş olan Dəccəli-yekçeşmə,Bəsirət çeşmi nabina bu zühhadı gören gündən.

Cahan əhli uzaqlaşmış ümumi bir üxüvvətdən,Siyasiyyun əlqabında fəssadı gören gündən.

Yaxından hiss qıldım ki, uzaqdır kövkəbi-ümmid,Nücumun kəşfinə məxsus mirsadı gören gündən.

Hələ rubahlər meydanıdır bu bişeyi-dünya,Bunu duymuş idim məhzun əsadı gören gündən.

Bəşər rəhyab olurmu leyli-xüsrani-zəlalətdən?Buna mən münkirəm ərbabi-irşadı gören gündən.

Behişti göylərə uçdu deyirlər ruhu Şəddadın,Bu rəmzi anladım hükkami-Şəddadı gören gündən.

Deyirlər zövci-Həvvayə ki, məscudi-məlaikdir,Dedim şeytanə rəhmət Adəm övladı gören gündən.

Behişti bir təməddün kəsb edərmi aləmin əhli?Buna heyrətdəyəm bu vəhşətabadı gören gündən.

Bu yer qansız olurmu? Əqldən sordum, cavab iştə:Bunu dərk etmədinmi tiği-cəlladı gören gündən?

Yer oğlu xəstədir qandım, qan almaq lazım olmuşdur –Qədimi adət ilə, hali-fəssadı gören gündən.

Bəşər səhhət bulurmu, yoxsa əmrazında baqidir?İnanmaq çox çətindir xuni-müzdadı gören gündən.

Pərəstişkari-ruhumdur ümumi səhhəti-əqvam,Bu xəstə adəmi, bu xaki-bidadı gören gündən.

Bu vəhşitəb' olan ətfalı tə'lim eyləmək gücdür,Bunu dərk eylədim ürfani-ustadı gören gündən.

Hələ noqsandır insanlardakı əhvali-ruhiyyə,Bunu fəhm eylədim əfkari-əzdadı gören gündən.

Dedim qabil deyildir qardaş etmək cümlə əqvamı,İvanla Arşaqı, sofi Xudadadı gören gündən.

Üxüvvət altunu işlərmi bazarında dünyanın,Əqidəm çox sönük idrakı-həddadı gören gündən.

Üxüvvət zər misalı, netməli, yoxdur xiridarı,Bunu qanmışdım iste'dadi-həddadı gören gündən.

Dəmirçi altunu qanmaz, bəşərdir cümlə ahəngər,Bunu dərk eyləmiş məhzun olan Hadi gören gündən.

Nasıl adəm imiş Adəm, buna çox canlı bürhan var:Onu bilmək deyil müşkül bu əhfadı gören gündən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri