Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət,Mücahidlər, vətəndə eyləyin tənşiri-hürriyyət,Gəlir ol gün ki, etsin sizləri təbşir hürriyyət,O dəm yaxlaşdı qılsın milləti tənvir hürriyyət.
Girizandır vətəndən iştə leyla-leyli-istibdad,Ədalət qəhqəhəafşan, məsərrət ağlayır bidad.Livaülhəmd nüsrətdir sizinçün rəhbəri-irşad,Nümayan üfqi-istiqbaldən ümmid, olun dilşad,Dilim sevdayi-hürriyyətlə eylər nəğmələr inşad.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Bu gün tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır,Bu gün əqvami-Qərbiyyə nigəhəndazi-İrandır.Bu gün Məşriq-zəmində şəmsi-hürriyyət dirəxşandır,Bu heyrətbəxş qeyrət calibi-ülviyyətü şandır,O Fir'oni-zəmanın son məkanı Nili-xüsrandır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Mücahidlər, sizi alqışlar ərvahi şəhidanın,Mübarizlər, sizə dai lasanı əhli-vicdanın,Həqiqət etdiniz bala şükuhun mülki-İranın,Qülubu lərzədari-xövfdür vicdansız ə'danın,Düçari-yə'sdir ləşkərkeşi-Şəddadı Tehranın.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Bu gün şəhrayi-İran sanki bir atəşli meydandır,Deyil atəşli meydan, bəlkə xunəfşan vulkandır,Dönüb bir məhşəri-əcsadə, şəhralər bütün qandır,Tərəfdarani-hürriyyət şəhidi-rahi-canandır,Kəsilmiş yer-yer, iştə Kə'beyi-millətdə qurbandır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Nə mümkün kəsmək olsun rahını seyli-xürüşanın,Nə qabil pərdələndirmək üzün xurşidi-rəxşanın?O kim, pozmaq dilər ehkamını qanuni-dövranın,Atar xilqət onu ə'maqına ümmani-nisyanın,Gül iqbal, gül, gül rəğminə maziperəstanın!Təlalö' eylə, kur olsun gözü zülmətpəsəndanın!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Nə Eynüddövlə, min-min böylə nurüleyni-istibdad,Buyursun gəlsin, istər kəndi gəlsin ol böyük bidad,Tamaşa eyləsin, görsün də ə'vanın bütün bərbad,Gəlir bir gün ki, cəlladın olur şəmşirin, ey cəllad!Gəl ey fərdayi-hürriyyət, bizi mənfadən et azad!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Bir istiqbalə bax, "şahim" gələn var, intiqamındır,Batır "xurşidi-şirənə"n, çıxan zülmətli şamındır,Öləndən son yerində lə'nlər qaimməqamındır,Gözəl xeyrülxələf qoydun, yaşa, şayani-namındır,"Şəha!" Lə'nətlə yad olmaq sənin ən son məramındır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Cəmali-həqqə, ey qatil, nasıl səlli-hücam etdin,Ərusi-ədli nakam eylədin, zülmü bəkam etdin,Ədalətdən əlavə hər nə iş varsa təmam etdin,O pak insanlığı sən ləkkədari-ittiham etdin,"Zülami-zülmü parlatdım" – dedin də, fikri-xam etdin,Ziyayi-həqq sönməz, kəndini mənfuri-amm etdin.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Əvət, misbahi-hürriyyət deyildir qabili-itfa,Yazıq, çox püflədin sən, püflədikcə oldu pərtövza,Dirəxti-zəhməti-sə'yin səmərbəxş olmadı heyfa,Bu sə'yi-bisəmərdən bir səmər qaldı sənə, "şəha":O da bir nifrəti-millətdi qaldı "kaffətən tərra",Budur məhsulu ərzi-fitrətin, əkl et, sitəmkara!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Ağarmaqda, "şəha", dan, mətlə'i-amal tabandır,Doğur ümmid nuru, zilli-məmdudun girizandır,Mükafati-əməl Düldülsəvar olmuş şitabandır,Həvariyyuni-istibdadın, ey bidad, lərzandır,Qaranlıq niyyətin mədfuni-hiçistani-hirmandır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
"Şəha", bərqi-zəfər parlar, fəzayi-ədl olur bərraq.Düşər qə'ri-zülamə mazi, istiqbal olur parlaq,Niqabın qaldırır tale, təcəlliza olur afaq,Səvadülvəchlik qaldı sənə, rüxsari-millət ağ,Silib ənzarını təbişgəhi-hürriyyətə bax, bax!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Gəlir mə'şuqeyi-millət, "şəha", bir bax, nə xəndandır!Gül, ey dildar! Müştaqi-cəmalın giryəəfşandır,Səni candan sevənlər küşteyi-şəmşiri-üdvandır,Yolunda şanlı can vermək, ey afət, ən böyük şandır,Nəzər qıl məqtələ, yer-yer kəsilmiş nazlı qurbandır,Bir az damənkeş ol, üstün batar, yollar bütün qandır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Bu qanlar kim, tökülmüş, ey sənəm, zənn etmə bicadır –Ki, hər bir damcısından məhsəl min vərdi-rə'nadır,O güllər kim, çıxar yerdən, nəçin övraqı həmradır?Birər tarixi-xunini-vətəndir, hörmətəfzadır,Çiçəklər ləfzi-atəşrəng, ruhu qanlı mə'nadır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
O quşlar kim, vətəndə eyləyirlər atəşin fəryad,Nədir ol naləyi-möhriq, nədir bu ahü istimdad?Təzəllümlər, təəllümlərdir onlar, dinlə, ey bidad!Birər fəryad şəklində edirlər lə'nlər inşad,Qırılsın pənceyi-zülmün sənin, ey qırmızı cəllad!Əsir etsin səni Səttar, qılsın bizləri azad.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Utan alçaq, utan alçaq, utan bir Babi-alidən,Utan, bir dərsi-ibrət al da ərbabi-məalidən,Neçin bipayə qalsın şəmsiyan qövmi-hilalidən.Nə nöqsan var sənə, "şəha", kəmalati-əhalidən?Sən əl çək, millət əl çəkməz füyuzati-təalidən!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Bir az əvvəl təşəbbüs et bu cövri-xanimansuzə,Qaranlıq tab qılmaz aftabi-aləmafruzə,Nasıl kim, əski gün məğlub olur novruzi-firuzə,Yazılmış dəsti-xilqətlə bu sözlər lövhi-məhfuzə:Qiyas olmaz keçən il tazələnmiş sali-novruzə,Alınmaz dəsti-mazidən yəqin əyyami-məqbuzə,Bir az da diqqət et, "şahim", bu əş'ari-dilafruzə:
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Cəfa tiğilə kəsdin başları, öldürdün əhrarı,Qaranlıq torpağa gömdün işıqlı, parlaq əxyarı,Xəyal etdin ki, söndürdün yanan atəşli əfkarı,Nə mümkündür ki, zülmün söndürə ərvahi-nəvvarı?Tutar bir gün yaxandan, qafil olma, qəhri-Səttari!
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Qırılsın dəsti-xunkarın, vətənpərvərləri qırdın,Behişti-mülkdə növxiz olan əzharı soldurdun,Vücudi-milləti örtən libasi-irzi soydurdun,Boşaltdın ölkəni, yer altını canlarla doldurdun,Yazıqlar, kimsəsizlər qaldı ac, əşrarı doydurdun,Yəmin etdin yalandan, ey yalançı, sonra sındırdın,Nasıl qıydın, a zalım, cilvəgahi-ədli yaxdırdın?
Bəhəqq, şad qıldın ruhunu həccacü Çingizin.Qazıldı lövheyi-afaqə nami-lə'nətəngizin,Yazıldı ənfüsə çirkin adın, əsri-qəmamizin,Yayıldı aləmə, cani, sənin ünvani-xunrizin,İgidliklə nasıl kim, adları şirani-Təbrizin.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Kəfənbərduş olub çıxsa, məzarə gömdüyün əfrad,Yalandırmı desəm, İran olurdu məhşəri-əcsad!O dil ki, səndə var, "şəha", bu görnüşdən olurdun şad,Nə səngin qəlbdir, keçməz ona can yandıran fəryad?!Nə cövhərdən yaranmışsan, səni bilsəydim, ey bidad!Ürəklər ağladıqca könlün olmaqda sürurabad.Nə bir məxluqi-vəhşisən ki, hər dəm vəhşətin müzdad?!Cahanın qanın içdin, doymadın, ey divi-istibdad!
Səni məhv eyləməzmi aqibət bir şiri-hürriyyət?Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Əcəb dünyada ad qoydun! Nə ad, şayani-zatındır,Qoyaq ədli kənarə, hər nə qaldısa sifatındır,Sitəm bir meyveyi-zəqqum, məhsuli-həyatındır,Həyati-mülkü millət bəsteyi-ruzi-məmatındır,Səni iğfal edən ancaq həyati-bisəbatındır.
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Silinməz silmək ilə ruhdən ayati-hürriyyət,Təbiətlə yaşar, ölməz lədünniyyati-hürriyyət,Nə rütbə püfləsən sönməz, yanar mişkati-hürriyyət,Qırılmaz səngi-istibdad ilə mir'ati-hürriyyət,Yıxılmaz tişeyi-zülm ilə tə'mirati-hürriyyət.Təravətyab olur, rövnəqlənir cənnati-hürriyyət,O gün yaxlaşdı çıxsın pərdədən hurati-hürriyyət.
Nasıl çıxmış qanından parlayır şəmşiri-hürriyyət,Qılıncınla yaşa, minlər yaşa, ey şiri-hürriyyət!
Çox "insanlar" nuru söndürüm derkən özü söndü,O "Yıldız köşgü" sabit durdu, durdu, sonra tərpəndi,
Düşündü, batilül-məsləkliyin fəhm etdi, öyrəndi,Bax ol Əbdülhəmidə, şahrahi-Ənvərə döndü,Niyazidən riza aldı, cəmaati sevindirdi,Çoxu zatin kimi tacü sərirə baxdı yellendi,Fəqət çox çəkmədi bədbəxt təxtindən diyirləndi.Ədalət tiğinə tabavər olmaz qəlbi-istibdad,Xəbərdar ol ki, sarsılmaqdadır bünyadın, ey bidad.
Onu bir bilsə idim zülmdən ləzzət nədir, zalım?!Rəiyyət zillətindən baş verən izzət nədir, zalım?!Vətən bərbad olandan son nədir dövlət, zalım?!Pərişan oldu millət, söylə cəmiyyət nədir, zalım?!Neçin bir qanmayırsan isməti-millət nədir, zalım?!Vətən ismətsiz oldu, sənçə bir qeyrət nədir, zalım?!Bir az da anlasaydın ruhi-hürriyyət nədir, zalım?!
Sən istər anlama, millətdə vardır ruhi-hürriyyət,Batan zülmün, çıxar xurşid elində yuhi-hürriyyət.
Nə xunaşamsan, qatil, nə xunaşamsan, cani?!Cihadə sövq qıldın axır asayişpərəstani.Xəyalın bəhri-xun yapmaqmıdır səhrayi-İrani?Açıl, ey intiqamın fəcri-xuninü dirəxşani!Bunu mə'yus qıl, güldür dili-ümmidvarani,Bunu qəhr eylə, şad et yarələnmiş zəxmdarani,Cəsarətləndi tülkü – şirdən boş gördü meydani.
Odur ki, nə'rələr yağdırmada mərdani-hürriyyət,Hücumavər bu gün rubəhlərə şirani-hürriyyət.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-bariqeyi-zefer-parlayir-istiqbal-bizimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm cəhimi-eşq, zəbanim zəbanədir,Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir.
TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
Türkün nəğməsiTürkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Tövsiyyeyi-mürğXitab eylər bizə bir mürğ, der: insanlar, insanlar!Nədir tutmuş cahanı nalevü əfğanlar, insanlar?!
Başqa şairlərin şeirləri · Vətən
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
GəlmişəmGəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.