Gəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,Nigahi-həsrəti fırlat da bu gülüstanə.

Sənə nə hacəti var, ey bahar, İranın,Şükufələr bitirir qanları şəhidanın.

Get özgə yerlərə ağla, bura nə lazım ab,Yetimlər gözü bu gülşənə tökür xunab.

Get özgə bağlara ağla, sən ey səhabi-bahar,Burada şiyvən üçün dul qalan qadınlar var.

Bu göydə bərqini parlatma, ey səhabi-səma,Bu yerdə parlayır atəşli ahü vaveyla.

Əbəs-əbəs bu cahanlarda nə'rə vurma, səma!Mücahidini-həqiqət onu edirlər əda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar