Bu bahar oxuma, bülbül, sən allah.Zülmətdir,Yoluna şam tutanın yox.Şuşan ağlar qaldı, köçdü el-obaŞirin cəhcəhinə dəm tutanın yox.Sən Cıdır düzündə cəh-cəh vurandaQədir hay verərdi sənə bir anda.İndi bu dağlardan didərgin olduq,İndi bu dağların Qədirləri yox.Elsiz dağ da susar, bulaq da dinməz,Qədirsiz Şuşada qədrin bilinməz.Bu bahar oxuma, bülbül, sən allah.Daşaltı çayının kəsilib səsi,Bizsiz o kükrəməz, o, coşa bilməz.Vallah, inanmıram, bülbül nəğməsi,Hayastan dilinə uyuşa bilməz.Oxuma, oxuma, bülbül, sən allah.

Açma xanbülbül, açma, sən bu il,Görürsən, bu bahar bizimçün deyil.Axı, Əhmədlərin, MəhəmmədlərinQanıyla sulanmış çiçəklər bu il.Ötdü günlərimiz ahlı, amanlı,Sənin hikmətini o əliqanlıÇöllərin gədəsi anlaya bilməzO yerlər bizimçün darıxmırmı bəs?

Bizsiz Şuşamızda nələr baş verir?Allah bizə ümid, ona aş verir.Çiçək kimi zərif, su kimi şaqraq,Muğam kimi kövrək, anam Qarabağ,Nəğməli qəlbinlə söylə, sən bu günCəllad tapdağına bəs necə dözdün?Qoy bəhər verməsin bu il bu torpaq,Düşmən məzarına o dönsün ancaq!

Bizim oylağımız o qəlbi dağlar,Muğam pıçıldayan ayna bulaqlar,Daşaltı çayının daş dələn səsi,Şuşa qalasının "Ərim gəldi"si,Dərin dərələrin daşqın selləri,Natəvan şeirinin "qərənfilləri",San qayadakı bülbül nəvası,Nəvvabın, Xudunun yurdu - yuvası,Nal tökən dağların dar keçidləri,Şuşanın kaşıdan göy məscidləri,Yarış meydanları, cıdır düzləri,Ulu Pənah xanın ayaq izləriGörən, bizim üçün darıxmırmı bəs?Boz qarğa bülbülə tay ola bilməz.Yaxşı ki, ayağı yoxdur onların,Onlar da bizimtək, yoxsa, qaçardı.Onda bu gün kimi gələcəkdə dəZülmə, haqsızlığa haqq əl açardı.Bu ilki bahardan bizə nə?Vallah,Gəlsə də, bu bahar bizimçün deyil.Oxuma, oxuma, bülbül, sən allah,Açma, xarıbülbül, açma, sən bu il.

May, 1994

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar