"Hökmdar küləyə, xalq ota bənzər. Külək hardan əssə, ot başını o tərəfə əyər".Konfusi

"Hakim - dəli bir küləyə,Xalqsa - onun qabağındaTir-tir əsən ota bənzər.Hansı yandan külək əssə,O tərəfə ot baş əyər".Konfüsinin bu ehkamıƏsrlərlə oldu bütün hakimlərinilk hakimi.Dolandırdı öz başınaməmləkəti məhvər kimi.Kəlama bax!Yüz-yüz illərBir ölkənin bayrağında dalğalandı,Külək əsdi səmum kimi,Ağızlara daş tıxandı,Beyinlərdə fikir dondu.Ürək yandı.Kəlam dönübHakimlərin əllərindəməşəl oldu.

Ağızlarda məsəl oldu.Gözəl, çirkin damğasıyladamğalandı,Çirkin dönüb gözəl oldu.Yerin bağrı cadar-cadar,Axmazlarda donub qaldı,süzülmədi həqiqətin bir damcısı.Yalan - dövlət maşınının sükançısı!Kəlama bax!Ehkama bax!HaqsızlığıYüz-yüz illər sığışmadıYerə, göyə.Nə deyəsənBu sözdəki dırnaq içi"böyüklüyə","müdrikliyə"?Külək əsdiGah imandan, gah gümandan,Gah o yandan, gah bu yandanOtlar əydi başlarınıÖz içindən yana-yana.Gah o yana, gah bu yanaKülək əsdi...Ot əyildi...Külək əsdi,elə bildi,Qüdrətinə bir səcdədir bu əyilmə.Zalım külək,Zülmə olan əyilməni səcdə bilmə!QorxudandırBu titrəmə,bu əyilmə!Özgəsini qorxu ilə qorxudanınözü qorxur.İnanmırsan?Aç qəlbini sən ondan sor!

Bu qorxunun qabağındaSən özün dəQorxuzduğun ot kimisən.Sən qorxuyla qorunmazdınBu qorxunun dəhşətiniBilməsəydin ot kimi sən.Ancaq bunu bilməlisən.Məhəbbətə hörmət olar,Qorxuyasa nifrət olar.Nifrət sızar damcı-damcıNəhayətdə dağ dağılar,Daş - oyular.Zalım külək,Unutma ki, geci-tezi suya dönürNərildəyən,GuruldayanŞimşək olub çaxan bulud.Əgər sağdan əsirsənsə,Sağa deyil,Sol tərəfə əyilir ot,Bu tərəfə əyilmənin sirri nədir?Bu, hörmətə əyilmə yox,Bu, yalana dal çevirmə,Həqiqətə əyilmədir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri