Qürub düşüncələri
Vaxtı vaxtın özündən borc almaq istəyərdim.İstəyərdim, bir anda bir saatlıq iş görüm.İndi isə bilmirəm vaxtı necə öldürüm?İndi başdan ayağa şikayətəm, gileyəm.Vaxtımın qatiliyəm.Vaxtı kəsib doğrayan o qayçı əqrəblərinAğzı yaman küt olmuş.Çağlayan çeşmələrin qaynaqları tutulmuş.Məni sıxır,elə bil, bir qəlibdir bu dünya.Mənim üçün necə də boşalıbdır bu dünya.Hər şey məni tez yorur.Öz dünyamı dolduran boşluğun ağırlığıÜrəyimi doldurur.Yaman ağırlaşmışamPeyvənddim, cırlaşmışam.Öz bədənim, öz canım dönüb mənə yük olmuşTükənməyən həvəsim,Yaratmaq ehtirasım arzuma dönük olmuş,Söz dolaşır dilimdə,Qələm əsir əlimdəXəttim tanınmaz olmuş.Vaxtın axarındakı köhnə nizam pozulmuş.Heç özüm də bilmirəmBu dünyadan nə aldım, bu dünyaya nə verdim,Cürətimi itirdim,Tək ehtiyat qazandım,Ümid sütunlarında qatbaqat çat qazandım.Haray, qaraya dönmüş bəmbəyaz ağım, haray!Haray, əlimdən çıxan halal torpağım, haray!Üzümə qırış qatı, gözümə tor çəkilirArxada yetmiş ilim, öndəsə, Allah bilir...Gecələrim uzanır, vaxtın ömrü gödəlirYuxum gəlmir ki, gəlmir, səhər gəlmir ki, gəlmir.Necə gəlsin?Ömrümün axşam çağındayam mən.Bir az durulmaq üçünYolda çuxur axtaran bir bulanıq suyam mən.Dostumdan, tanışımdan bir təbəssüm dilənənBir qərib yolçuyam mən.Yaşadığım illəri ələklədim bir də mənAsandır bəyənməmək dərələri zirvədənÖmrümün zirvəsində ötənləri daşladım.Mən artıq yoxluğumu yaşamağa başladım.Bu günümə baxıram, dünənimi anıramTez-tez haçalanıram.Fikrimə düyün düşübBu günümə qar, yağış, dünənimə gün düşüb.Bu halıma nə deyim?Qocalığın önündə hesab verir gəncliyim.Bəlkə budur qocalıq?Qəlbin yuxalanması,sonun ilki anması?Qocalığın önündə gəncliyin utanması,Meşədə ağacların tək-tək yarpaq tökməsi,Yetkin ağlın önündə ürəyin diz çökməsi?
Yanvar, 1995
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-qurub-dusunceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir