Unutqanlıq
"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl... hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu sadədilliyimiz səbəbilə cümləmiz qonşu ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu surətlə millətimizin gözünü bağlayıb...uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq".
Ömər Faiq Nemanzadə, 1906-cı il
Ömər bəy, hər sözün haydı, haraydı,Deyilib elə bil, bu çağımızda.Sənin bu fəryadın sırğa olaydı,Daim səslənəydi qulağımızda.
Əsrin əvvəlini unutmuşuq biz,Saldın yadımıza dünənimizi.Sadəqəlbliyimiz, təmizliyimizTarixdə nə qədər aldatmış bizi.
...Erməni zülmündən yüz ildən bəriDaşdan-daşa dəydi bu xalqın başı.Unutdu çəkdiyi müsibətləri,Niyə oğurlandı onun yaddaşı!
Biz başdan-ayağa rəhmik, şəfqətik,O, kin dağarcığı, o, goreşəndir.Biz əvvəl insanıq, sonra millətik,O, insan olmadan millətləşəndir.
Bilirik, tutulub o, yaman dərdə,Qəlbində həmişə kin əzizləyir.Elə unuduruq, dar döngələrdə,O, bizi vurmağa məqam gözləyir.
Bilmədik, içini gəmirir bu kin,Sözü keçməyəndə üzdən həlimdir.Unutduq, nifrətlə mayalanmışınFikri - intiqamdır, qəsdi - zülmdür.
Mən öz qonşuma da gerçək olanı,Çatdıra bilmirəm, haqqım kəsilmiş.Osa yalanıyla bütün dünyanıBizim üstümüzə qaldıra bilmiş.
Biz boğub vicdanı, qəhr edib an,Şərə yoldaş olub haqqı danmarıq.Heç vaxt unutmarıq yaxşılıqları,Amma pislikləri unudanlarıq.
Sulanıb həmişə qonşunun bağıBizim arxımızdan, şəfqətimizdən.Əfsus! Bacarmışıq bağışlamağı,Aman diləyəndə düşmən də bizdən.
Quyruğu əzilir, yumşalırıq biz,Deyirik, bir daha o, çalan deyil.Amma unuduruq, unuduruq biz.Küdurət xəstəsi sağalan deyil.
Utanmaz, usanmır bəd əməlindən,Bələddir unutqan xislətimizə.Bilir, dədəmizin onun əlindənÇəkdiyi zillətlər dərs olmur bizə.
Bu yaman xisləti, gəlin, tərk edək,Tarixi dərsləri daha dərk edək.Tərk edək, unudaq soyuqqanlığı,Unudaq keçmişə unutqanlığı.
Daim gözümüzün önündə dursunKeçilən yollarda xeyir-şərimiz.Bu günü unutsaq, sabah, biri günBizi bağışlamaz nəvələrimiz.
Dedim, silinməsin bu qan, bu qada,Bir də, güllə izi dağ-daşımızdan.Yalnız bu günə yox, biz sabaha daGüzgü tutmalıyıq yaddaşımızdan.
İyul, 1991
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-unutqanliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hamı adilikdən qalxıb ucalmaq,Hamı bu millətə ağsaqqal olmaq,
Əgər qorunmazsa istiqlalımızQəribə zamanda yaşadıq, oğul,Bilmədik maskayla üzün fərqini.
Təzədən yaratsın yaradan biziYalan mamırlanıb ürəyimizdəHaram maya tutub çörəyimizdə.
Ümidə heykəl qoyunÜrək yaşar həmişəÜmidiylə qol-boyun.