Bir əldə göz yaşım, birində namə,Zikr edirəm bir ağanı dilimnən.Bir gün yetər çarxı-gərdiş tamama,Səslənərəm o sübhanı dilimnən.

Sərsəri cəfadan düşmüşəm ləngə,Kəsilib ümidim nam ilə nəngə.Qəza gətdi saldı məni bu təngə,Çağırıram Mustafanı dilimnən.

Xəlq edib nurundan allahüs-səməd,Məhəmməd dedi ol vahidəl əhədQiyamət şəfisi, namıdı Əhməd,Söyləmişəm bol üsyanı dilimnən.

Keçib gədərdənimə qəza kəməndi,Gəzdirir aləmi, həm şəhri, kəndi.Bir şahi-qəzənfər dada yetəndi,Vird edirəm Mürtəzanı dilimnən.

Sən ey şiri-xuda, heydari-kərrar,İstəsən, ay ağa, bircə ərzim var:Bu Novrəs İmanı müşgüldən qurtar,Vəsf eyləyim bu sövdanı dilimnən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq