Dərd üz verib, nitqim söylər kalamı
Dərd üz verib, nitqim söylər kalamı,Bəlkə, sözüm yatanları oyada.Səs gəlsə guşuna, alar salamı,Kişi gərək baxsın dost ilə yada.
Tərbiyə gərəkdi ata-anadan,Mərifət lazımdı əvvəl binadan.Yüz də cəhd eyləsən, olarsan nadan,Xidmətin olmasa kamil ustada.
Özgə zəhmətindən dövlət, var olmaz,Kimsəyə bir zərrə xeyir-kar olmaz.Kasıblığı kişi üçün ar olmaz,Bu şərt ilə doğru çıxa üqbada.
Qəlbi doğru olan keçəmməz üzdən,İnsan çox inciyər tənəli sözdən.Qeyrətsiz oğuldan, binamus qızdanSonsuzluq yaxşıdı fani dunyada.
Arif olan, huş ver sən bu sözlərə,Namərd hər bəlanı gətirər sərə.Kimdi səyyah olub, düşə çöllərə,İman kimi gəzə dərin dəryada.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-derd-uz-verib-nitqim-soyler-kalami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
BənövşəBənövşəyəm, bənövşə,Düşmüşəm dilə-dişə;
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.