Hayıf
Dilimin əzbəri, könlüm imdadı,Yad olan dilimdən Quranım hayıf!Fələyin dolanan gəc ruzigarı,Pozubdu işrətli dövranım, hayıf!
Əvvəl, zikrim idi mövlanın adı,Axır, bu dünyanın zülmü qoymadı.Sübhi-şəm çəkərəm ahü-fəryadı,Kəsilən ümidim, gümanım hayıf!
Çox cəfalar çəkdim, axır puç oldu,Hicrandan ürəyim gül kimi soldu.Novrəs İman dərdü-qəmə tuş oldu,Şad olmadı könlü-viranım, hayıf!
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-hayif
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Bir gün
Könül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Nişanlı qızZülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,