İstəyirəm, ərzi-halım danışım,Bu qürbətdə məndən el inciməzmi?!Bir kəsim yox, nə də dostum, tanışım,Tənə sözdən əhli-dil inciməzmi?!

Dünya malı çox şirindi insana,Canım qurban ariflərə, qanana!Adətindi sənin, çarxı-zamana,Çarx əysə, ağadan qul inciməzmi?!

İman, dərdin dəryalara qatılıb,Zər mətahın mis yerinə satılıb.Şeyda bülbül dar qəfəsə atılıb,Onun naləsindən gül inciməzmi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar