Deyirsən ki: “Mən neyləyim?O Məcnundu, mən Leyliyəm”!Yazıq Kərəm gözündə qəmOdda bişəndə neyləsin?

Düşünməmiş vermə sual,Dərd var görsən olarsan lal.Bəxti gətirməyən maralPələng dişində neyləsin?

Qorx ki, haqq-nahaq yazıla,İşin tərsinə yozula.Haqqı axtaran yazıqlaŞər görüşəndə neyləsin?

Tüstüsüz qalmış bacalar,Qardaşı itkin bacılar,Yuxusu qaçmış qocalarAxşam düşəndə neyləsin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq