Görüşə gələnlərə,Gül görüb gülənlərə,Gül qədri bilənlərəEvdə bir gül də yazdı.

Mən qurban çiçəyinəBu çöllər göyçəyinə.Bircə gül ləçəyinəBülbül eşqini yazdı.

Dayanaram göz-gözə,Gül oxşar gözəl sözə.Ətri bir ayrı məzə,Tikanı ayrı nazdı.

Şövqü saçılan gülə,Bu cəngi çalan gülə,Qışda açılan gülə,Baharım desəm azdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar