Gəmilər
Gəmilər həmişə sahilə gedər,dözər yollarının çətinliyinə.Sevinər sahilə çatana qədər,görər ki, bu sahil o sahil deyil,başqa bir sahilə üz tutar yenə.
Bilməzlər nə qədər yolu qalıbdır,həyatları sudur, ölümləri su...Sahildə gəmilər ölü balıqdı,dənizin dibində gəmi ölüsü.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-gemiler
← → düymələri ilə keçid, R — təsadüfi şeir