Ürəyimin hökmü iləDolanmışam, yaşamışam.Sellər kimi bulanmışam,Durulmuşam, yaşamışam.İllərimdə bahar olub,Qış olubdu, olan şeydi.Yollarımda eniş olub,Yoxuş olub, olan şeydi.Ölüm-ölüm arasındaBir körpü tək uzanmışam.Baba, ata itirmişəm,Övlad, nəvə qazanmışam.Olan olub, keçən keçib,Dünya yalan deyil daha!!!Bir də bunlar mənim üçünTəkrar olan deyil daha...Nə qədər dost itirmişəm,Nə qədər düşmənim gedib.Burda mənim kölgəm qalıb,Onlar ilə canım gedib.Bundan belə yolum yoxuş,Yüküm yüngül, mənzil yaxın.Ömür bir göz qırpımıdır,Gəldim, gördüm, gedim, baxım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri