Yaşayır
Doğan günəş, yağan qarBu ilk bahar, son bahar,Acı-şirin ağrılar,Ömürdü keçər gedər,Bu dünyada hər nə var,Ömürdən keçər gedər.
Yolun əyrisi, düzü,Dostun, düşmənin sözü,Günün gecə-gündüzü,Ömürdü, keçər gedər.Yolların dağı-düzüÖmürdən keçər gedər.
Zəhmətdən, qorxudan tər...Nə əkmisən onu dər.Qorxaq oğul, igid ər,Zamanla ötər gedər.Xatirəsi yaşayar,Torpaq ömrü üyüdər,Ömürdən keçər gedər.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-yasayir
← → düymələri ilə keçid, R — təsadüfi şeir