Oxu, bülbülüm, oxu,Yazdır, səhər çağıdır.Oxu, sənin xoş səsinŞənliklər qaynağıdır.

Oxu, oxu, xoş nəğmənNəşə versin ellərə.Şən səsin, xoş nəfəsinYayılsın bu çöllərə.

Oxu, çöldə, çəməndə,El əkəndə, biçəndə,Başla yeni bir dastanBiz bənövşə dərəndə.

Bülbülüm tik yuvanı,Bəslə, böyüt balanı.Qoy nəsliniz çoxalsın,Biz böyüyən zamanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar