A bağça, barlı bağım,Ay üzümlü çardağım!Nə oldu, tez soldunuz,Belə çılpaq oldunuz?Qəmgin-qəmgin baxırsız,Gizlin pıçıldaşırsız.Halınız olmuş yaman,Qırıb dağıdır xəzan.Qış deyəsən yavuqdur,Ax, üşüdük, soyuqdur.Gedib geyim kürkümü,İsti dəri börkümü.Qalın hələ səlamət,Bahara qalsın söhbət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar