Gördünmü
Gedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?Söylə, nə buyurdu, söylə, nə dedi?Ver bir nişan, o cavanı gördünmü?
Söylə, dumandımı dağların başı,Buludlar tökürmü leysan göz yaşı?Baxırmı yollara qərib başdaşı,O dağlarda pərişanı gördünmü?
Qara gəldi bu Bəstinin dünyası,Çatdı bülbüllərə qəmi, naləsi,Kəsildi dağlardan tütək, ney səsi,Necə susdu, o tərlanı gördünmü?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-gordunmu
← → düymələri ilə keçid, R — təsadüfi şeir