Ayrım elindədi
Aşıqların dastanları,Sözü ayrım elindədi.Alagözlü gözəllərinGözü ayrım elindədi.
Şirin-şirin xəyalların,Gözəl mixəyi xalların,Ceyranların, marallarmİzi ayrım elindədi.
Mərcan-mərcan bulaqların,Mənzərəli oylaqların.Sərin sulu yaylaqlarınÖzü ayrım elindədi.
Xəzan tökdürməsin barın,Əhdinə düz olan yarın,Bəsti deyər: hər ilqarınDüzü ayrım elindədi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-ayrim-elindedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir