İstərəm
Könül verib sevdiyimi,Hamıdan başda istərəm.Dörd yanında ağ sürüsü,Qənşərdə, döşdə istərəm.Alı kimi igid ola,Cəngi-savaşda istərəm.Qisas ala zalımlardan,Onu hər işdə istərəm.Atışmada güllə dəyər,Kəkliyi daşda istərəm.Bəsti, qoy yansın bu canım,Odda-atəşdə istərəm.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-isterem
← → düymələri ilə keçid, R — təsadüfi şeir