Bənövşə yarpağı
Zəng çalıb aramsız telefon dinir –Uzaqda yad edib məni kim isə,Şirin bir duyğuyla qəlbim isinir,Dostlarım yer-yerdən verir səs-səsə.Sonra növbə ilə bir-bir danışır.Meşədən gələn səs səsə qarışır:
“Hop-hop... tuq-tuq... cik-cik...”.– Sənin şərəfinə sağlıq deyirik!– Sağ olun, var olun siz də həmişə.– Havalar necədir?– Tərpənmir yarpaq.– Turşsuda solmayıb hələ bənövşə,Bir dəstə yığmışıq sənə yollayaq...
İstini-bürkünü qovub uzağaİlk bahar havası dolur otağa.
Zəng çalıb aramsız telefon dinir –Yenə yad eləyib məni kim isə.Şirin bir duyğuyla qəlbim isinir,Deyirlər:– Cavab ver indi Kəpəzə!– Allo! Bu sənsənmi, fermaçı qardaş?– Xoş gördük, əzizim!– Haçan köçürsüz?– Tədarük görürük biz yavaş-yavaş...– Çadırı, dəyəni nə vaxt sökürsüz?– Sabahdan... Qalmayıb dağın ləzzəti.– Yubansaq sürünün tökülər əti –– Bombozdur hər yamac, bombozdur hər dik,– Küləkdən, yağışdan zara gəlmişik...
İstini-bürkünü qovub uzağa.Bir payız havası dolur otağa.
Zəng çalıb aramsız telefon dinir,Yenə yad eləyib məni kim isə.Şirin bir duyğuyla qəlbim isinir,Verir uşaqlarım bu vaxt səs-səsə.– Allo?– Dəlidağdır... Bizik danışan...– Deyən darıxmısız, uşaqlar, yaman?– Gəl apar, ata!– Yox, – dedim qan-tərə mən bata-bata.Bura çox istidir...– Burasa qar yağır... yubansan əgər,Atacan, qaloş al, palto da göndər!..
İstini-bürkünü qovub uzağaQışın sərt havası dolur otağa.
Dönüb nəzər saldım xəritəyə mənAxtardım, aradım, gəzdim dünyanı.
Bayaq səsi gələn, havası gələnÇiçəkli, çisəkli o dağlar hanı?!
Hanı od püskürən qızıl Abşeron,Hanı o bürkülü Muğan, Mil düzü?Axtarıb gəzdikcə mən heyran-heyran,Baxıb gülümsədi sanki Yer üzü.
Onu qarış-qarış seyr edə-edəDağları gəzməyim hədərmiş, hədər:Azərbaycan dünya xəritəsindəGörünür bənövşə yarpağı qədər.Baxdıqca sevindim, fəxr etdim ancaq!..Böyüdü gözümdə bu kiçik yarpaq.
Hər fəslin getsə də burda söhbəti,Hamı bahar bilir Azərbaycanı.Onun xoş sədası, onun şöhrətiBənövşə ətritək tutub dünyanı.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-benovse-yarpagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Zarafatyana)*Mən sevmərəm quraqlığı heç zaman,
Gizli sevgiBəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Bir sevginin meyvəsiİki cavan ilk dəfə dayansa da üz-üzəKöhnə, əziz tanışdı baxışları elə bil.
Qoşa çaylar kimiÇay var suyu ilıq, çay var ki, sərin,Çay var lap dayazdır, çay var ki, dərin.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
Qəm oydu qəlbimiziİncə ruhlu Mailə Muradxanlıya*Sənə gülüş yaraşır