Qəzəblə qabarar, fərəhlə çağlarDəniz xislətlidir vətən torpağı.Xalqı nəsil-nəsil ələyib saxlar,Gendir, səfalıdır, pakdır qucağı.

Həm də səbrlidir o nəcib ana,Təmkinlə ayırıb xeyirdən şəri,Sadıq övladları basır bağrına,Kənara tullayır naxələfləri.

Kənara tullayır ağac qurdutəkGövdəni içindən yeyib yıxanı,Qovub uzaqlara aparır küləkƏslinə-kökünə dönük çıxanı.

Belə sehrlidir vətən qucağı,Xalqı nəsil-nəsil ələyib saxlar.Dəniz xislətlidir onun torpağıQəzəblə qabarar, fərəhlə çağlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən